Главная > Hadisə > Xaçmazda avtomobillər toqquşub, ölən və xəsarət alan var

Xaçmazda avtomobillər toqquşub, ölən və xəsarət alan var


20-08-2023, 15:16. Разместил: azadses
Xaçmaz rayonunun Nabran kəndində yol-nəqliyyat hadisəsi olub.

"Report"un Şimal bürosunun məlumatına görə, "VAZ-2107" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Hüseynzadə Səxavət Gülümbala oğlu ölüb, 1962-ci il təvəllüdlü Xuruci Hacıbaba Mürşüd oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад