Главная > Hadisə > Bakıda qəza - hamilə qadın yaralandı

Bakıda qəza - hamilə qadın yaralandı


26-11-2019, 18:42. Разместил: azadses
Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir
Səhiyyə Nazirliyi Bakının Nərimanov rayonu, Ağa Neymətulla küçəsində baş verən avtomobil qəzası ilə bağlı məlumat yayıb.
Azadses-in məlumatına görə, avtomobil qəzası barədə məlumat təcili yardıma saat 13:46-da daxil olub. Hadisə yerindən  25 yaşlı hamilə qadın sol ayağın əzilməsi, 26 yaşlı kişi sol qaşüstü nahiyəsinin əzilməsi və 24 yaşlı kişi qapalı kəllə-beyin və burun sümüyünün sınığı diaqnozu ilə KTM-ə çatdırılıblar.
Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Вернуться назад