Главная > Hadisə > Biləsuvarda qəzaya düşən şəxs xəstəxanada ölüb - YENİLƏNİB

Biləsuvarda qəzaya düşən şəxs xəstəxanada ölüb - YENİLƏNİB


29-07-2023, 19:21. Разместил: azadses
Bu gecə Biləsuvar rayonunda baş verən yol qəzasında xəsarət alan iki nəfərdən biri ölüb.

"Report"un Muğan bürosunun məlumatına görə, həkimlərin səyinə baxmayaraq, Sərxoş Quliyev yerləşdirildiyi xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

04:14
Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun rayonun Nəsimi kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun İsmətli kənd sakini, Kənan Cəbrayılov idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə motosikleti vurub.

Nəticədə motosikletin sürücüsü, rayonun Nərimankənd kənd sakini, 1969-cu il təvəllüdlü Sərxoş Quliyev və 2007-ci il təvəllüdlü sərnişini Rəsul Quluzadə bədən xəsarətləri alıb.

Yaralılar rayon xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.


Вернуться назад