Главная > Hadisə > Bakıda bərbərin içdiyi dərman ölümünə səbəb oldu

Bakıda bərbərin içdiyi dərman ölümünə səbəb oldu


14-07-2023, 14:10. Разместил: azadses
Bakının Xəzər rayonunda ölüm hadisəsi baş verib.

APA xəbər verir ki, Binə qəsəbəsində 2001-ci il təvəllüdlü Fuad Binyət oğlu Dadaşov aqonal vəziyyətdə Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Məlum olub ki, o xəstəxanaya ölü vəziyyətində gətirilib.

Anası həkimlərə bildirib ki, F.Dadaşov qızdırmaya qarşı dərman atıb.
Ona görə dünyasını dəyişib.

F.Dadaşov Binə qəsəbəsində bərbər kimi fəaliyyət göstərib.

Hazırda ölümün dəqiq səbəbləri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır.


Вернуться назад