Главная > Hadisə > Xocəsəndə açıq ərazidə təkər tullantıları yanır

Xocəsəndə açıq ərazidə təkər tullantıları yanır


22-06-2023, 19:07. Разместил: azadses
Paytaxtın Xocəsən qəsəbəsində açıq ərazidə təkər tullantıları yanır.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Xocəsən qəsəbəsində açıq ərazidə təkər tullantılarının yanması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.


Вернуться назад