Главная > Hadisə > Bakıda çağırışa gedən təcili tibbi yardım avtomobili 22 yaşlı gənci vuraraq ağır xəsarət yetirib
Bakıda çağırışa gedən təcili tibbi yardım avtomobili 22 yaşlı gənci vuraraq ağır xəsarət yetirib14-06-2023, 14:40. Разместил: azadses |
Bakının Nərimanov rayonunda təcili tibbi yardım avtomobili piyadanı vurub. "Report"un məlumatına görə, çağırışa gedən təcili tibbi yardım avtomobili hərəkətdə olarkən yolu keçən 2001-ci il təvəllüdlü Mikayılov İsa Elçin oğlunu vurub. Yaralı avtomobildə olan briqadanın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının əzilmiş və genişhəcmli cırılmış yaraları diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır. Вернуться назад |