Главная > Hadisə > Bakıda avtomobillə vurulan qadın piyada xəstəxanada ölüb
Bakıda avtomobillə vurulan qadın piyada xəstəxanada ölüb13-06-2023, 10:19. Разместил: azadses |
Bakıda piyadanın ölümü ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, İsgəndərov Fuad İsa oğlu idarə etdiyi “Nissan Sunny” markalı avtomobillə Zığ-Hövsan şossesi ilə hərəkət etdiyi zaman idarə etdiyi avtomobillə yolu keçən piyada, 1952-ci il təvəllüdlü Rəhmanova İlla Cavad qızını vurub. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi başlanıb. Вернуться назад |