Главная > Hadisə > Saatlıda 45 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Saatlıda 45 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb


4-06-2023, 08:59. Разместил: azadses
Saatlı şəhərində 45 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə "Report"a Saatlı rayon prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, 4 iyun saat 01 radələrində 1978-ci il təvəllüdlü Elşad İsmayılovun Saatlı şəhərində yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 2005-ci il təvəllüdlü Kənan Nərimanzadənin aralarında yaranmış mübahisə zamanı Elşad İsmayılova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Kənan Nərimanzadə prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.


Вернуться назад