Главная > Hadisə > Bir həftə əvvəl Yevlaxda özünü qatarın altına atan şəxsin kimliyi məlum olub
Bir həftə əvvəl Yevlaxda özünü qatarın altına atan şəxsin kimliyi məlum olub31-05-2023, 15:46. Разместил: azadses |
Mayın 23-də Yevlax rayonunda özünü sürət qatarının altına ataraq intihar edən şəxsin kimliyi müəyyənləşib. "Report"un Qərb bürosunun məlumatına görə, aparılan araşdırmalar nəticəsində, onun Mingəçevir şəhər sakini, 1959-cu il təvəllüdlü Bayramov Faiq Qəhrəman oğlu olduğu dəqiqləşib. Onun intihar məqsədi ilə özünü qatarın altına atdığı bildirilir. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, mayın 23-də “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus qatar Mingəçevir-Goran mənzilinin 311-ci km-də hərəkətdə olan zaman bir nəfər naməlum şəxs dəmir yolu xəttinə yaxınlaşaraq qəfildən özünü relslərin üzərinə atıb. Вернуться назад |