Главная > Hadisə > Sabirabadda motosiklet aşıb, xəsarət alanlar var

Sabirabadda motosiklet aşıb, xəsarət alanlar var


31-05-2023, 08:28. Разместил: azadses
Sabirabad rayonunda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Kürkəndi kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan motosiklet yolun kənarına aşıb.

Qəza nəticəsində rayonun Kürkəndi kənd sakinləri, 1993-cü il təvəllüdlü Qurbanov Cahangir Habil oğlu və 1992-ci il təvəllüdlü Vəliyev Məhəmməd Lələxan oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад