Главная > Hadisə > İsmayıllı sakinlərini ilan sancıb

İsmayıllı sakinlərini ilan sancıb


30-05-2023, 14:51. Разместил: azadses
İsmayıllı sakinlərini ilan sancıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Qalagah kənd sakini, 2005-ci il təvəllüdlü Səbuhi Qasım oğlu Əliyev və Girk kənd sakini, 1958-ci il təvəllüdlü Fatma Cəfər qızı Quliyeva həyətdə əkin işləri görərkən ehtiyatsızlıq ediblər. Bu zaman otların arasında olan ilan qəflətən onları sancıb.

Zərərçəkənlər təcili yardım avtomobili ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hazırda onların müalicələri davam etdirilir.


Вернуться назад