Главная > Hadisə > Bakıda iki bacı yol qəzasında xəsarət alıb

Bakıda iki bacı yol qəzasında xəsarət alıb


28-05-2023, 13:25. Разместил: azadses
Bakının Xətai rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Abbasova Aytəkin Elçin qızı və bacısı, 1995-ci il təvəllüdlü Abbasova Elnarə Elçin qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar.

Fakt araşdırılır.


Вернуться назад