Главная > Hadisə > Suraxanıda yol qəzasında 4 aylıq körpə xəsarət alıb

Suraxanıda yol qəzasında 4 aylıq körpə xəsarət alıb


13-05-2023, 12:01. Разместил: azadses
Bakının Suraxanı rayonunda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Zığ şossesində iki avtomobilin toqquşması nəticəsində sərnişin 2023-cü il təvəllüdlü Q.Y. xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ təpə nahiyəsinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Вернуться назад