Главная > Hadisə > Bakıda avtomobil 35 yaşlı kişini vuraraq ağır xəsarət yetirib

Bakıda avtomobil 35 yaşlı kişini vuraraq ağır xəsarət yetirib


9-05-2023, 09:23. Разместил: azadses
Bakının Xətai rayonunda 35 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, yolu keçən 1988-ci il təvəllüdlü Hüseynov Orxan Etibar oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əziyi diaqnozları qoyulub. O.Hüseynovun vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад