Главная > Hadisə > Şəmkirdə iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb

Şəmkirdə iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb


2-05-2023, 16:57. Разместил: azadses
Şəmkir şəhərində biri uşaq olmaqla üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Şəmkir şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarının birinin önündə baş verib.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində yaralanan üç nəfər xəstəxanaya yerləşdirilib.

Onların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад