Главная > Hadisə > Bakıda avtomobil beton maneəyə çırpıldı: Ölən və xəsarət alanlar var - FOTO

Bakıda avtomobil beton maneəyə çırpıldı: Ölən və xəsarət alanlar var - FOTO


18-04-2023, 20:41. Разместил: azadses
Bakının Sabunçu rayonunda ölümlə və bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobilin beton maneəyə çırpılması nəticəsində, 25 yaşlı Əliyev Elxan Ziya oğlu hadisə yerində dünyasını dəyişib.

Qəza zamanı xəsarət alan digər iki nəfər - 1999-cu il təvəllüdlü Çobanov Nurlan Hətəmxan oğlu və həmyaşıdı Abbasov Ceyhun Səyyad oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin təfərrüatı araşdırılır

Вернуться назад