Главная > Hadisə / Manset > Lənkəranda doğuş zamanı ana ölümü olub
Lənkəranda doğuş zamanı ana ölümü olub8-04-2023, 16:35. Разместил: admin |
Lənkəranda doğuş zamanı ana ölümü olub. APA-nın cənub bürosu xəbər verir ki, rayonun Ləj kənd sakini 1995-ci il təvəllüdlü Gülnar Xanhüseyn qızı Fərzəliyeva dünən gecə saatlarında qanaxma ilə Lənkəran Perinatal Mərkəzə çatdırılıb. Xəstə təcili əməliyyata götürülüb. Qeysəriyyə əməliyyatı zamanı 8 aylıq olan uşaq götürülsə də, 28 yaşlı Gülnarın həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Gülnar Fərzəliyeva Liman şəhərində yaşayıb. Onun 9 yaşlı bir oğlu var və bu onun ikinci hamiləliyi idi. Hazırda 8 aylıq körpə küvəzdə saxlanılır. Вернуться назад |