Главная > Hadisə / Manset > Dəhşətli qəzada xəsarət alan Xalq artisti xəstəxanadan evə buraxıldı - FOTO
Dəhşətli qəzada xəsarət alan Xalq artisti xəstəxanadan evə buraxıldı - FOTO1-04-2023, 16:43. Разместил: admin |
Xalq artisti Mehriban Zəki müalicə aldığı xəstəxanadan evə buraxılıb. Bu barədə APA-ya aktrisanın sənət dostu Turan Uğur məlumat verib. Onun sözlərinə görə, Mehriban Zəkinin səhhətində problem yoxdur: “Artıq hər şey qaydasındadır. Özünü yaxşı hiss edir”. Xatırladaq ki, Xalq artisti Mehriban Zəki martın 22-si Abşeron rayonu Saray qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Həmin qəza zamanı Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib, həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva da yüngül bədən xəsarətləri alıb. Вернуться назад |