Главная > Hadisə / Manset > Əfqanıstanda baş verən zəlzələnin qurbanlarının sayı artdı - YENİLƏNİB

Əfqanıstanda baş verən zəlzələnin qurbanlarının sayı artdı - YENİLƏNİB


22-03-2023, 19:52. Разместил: admin
Əfqanıstanda baş verən zəlzələnin qurbanlarının sayı artdı - YENİLƏNİB

Çərşənbə axşamı Əfqanıstanın şimal-şərqində baş verən 6,5 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Əfqanıstanın Səhiyyə Nazirliyinin sözçüsü Şərafət Zaman Amarın sözlərinə görə, Əfqanıstanda azı 4 nəfər həlak olub, 70 nəfər yaralanıb.

Bildirilir ki, axtarış-xilasetmə qrupları daha çox zərər çəkmiş kəndlərə çatdıqca, ölənlərin sayı arta bilər. Zəlzələdən zərər çəkmiş bəzi rayonlar son dərəcə uzaqdır və mobil telefon xidməti yoxdur.

Zəlzələ nəticəsində Əfqanıstan və Pakistanın şimalındakı şəhərlərdə sakinlər evlərini tərk ediblər, yeraltı təkanlar binalara zərər vurub və torpaq sürüşmələrinə səbəb olub.

Qeyd edək ki, bundan əvvəl Əfqanıstanda iki, Pakistanda da isə doqquz nəfərin həlak olduğu məlum idi.

09:17

Əfqanıstanda dünən axşam saatlarında baş verən 6,5 bal gücündə zəlzələ nəticəsində Pakistanda həyatını itirənlərin sayı artıb.

Zəlzələ Pakistanın Əfqanıstanla sərhədə yaxın Xeybər-Paxtunxva əyalətində güclü hiss olunub. Təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 9-a çatıb, 160-dan çox insan isə yaralanıb. Ölənlər arasında 2 qadın və 2 uşaq da var.

Bundan əvvəl Əfqanıstanın şərqindəki Laqman əyalətində də iki nəfərin həlak olması, ümumilikdə 4 nəfərin ölüdüyü məlum idi.

İndiyədək ştatda 19 evə qismən ziyan dəyib.

ABŞ Geoloji Xidmətinin verdiyi açıqlamada 6,5 ​​bal gücündə zəlzələnin episentrinin Əfqanıstanın şimal-şərqindəki Bədəxşan əyalətinin Curm rayonunda olduğu bildirilib.

Zəlzələ Pakistanın paytaxtı İslamabad və Lahor, Ravalpindi, Kvetta, Pişəvər və bir çox başqa şəhərlərdə hiss olunub.
Вернуться назад