Главная > Hadisə / Manset > Ağcabədidə avtomobil ağaca çırpılıb, sürücü ölüb

Ağcabədidə avtomobil ağaca çırpılıb, sürücü ölüb


22-03-2023, 15:48. Разместил: admin
Ağcabədidə avtomobil ağaca çırpılıb, sürücü ölüb

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Ağabəyli kəndi ərazisində qeydə alınıb.

Rayon sakini Yadigar Tofiqoğlu idarə etdiyi VAZ-2107 markalı avtomobillə yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü Y.Tofiqoğlu hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Вернуться назад