Главная > Hadisə / Manset > Azərbaycanda sabiq icra başçısının qardaşı oğlu qəzada öldü

Azərbaycanda sabiq icra başçısının qardaşı oğlu qəzada öldü


20-03-2023, 13:19. Разместил: admin
Azərbaycanda sabiq icra başçısının qardaşı oğlu qəzada öldü

Naftalanda sabiq icra başçısının qardaşı oğlu avtomobil qəzasında ölüb.

“Report”un Qərb bürosunun məlumatına görə, 1990-cu il təvəllüdlü Quliyev Cavid Müsəllim oğlunun idarə etdiyi VAZ-2107 markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Qəza nəticəsində sürücü aldığı xəsarətdən hadisə yerində keçinib.
Qeyd edək ki, C.Quliyev Goranboy Rayonun İcra Hakimiyyətinin sabiq başçısı, həbsdə ölən Nizaməddin Quliyevin qardaşı oğlu olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад