Главная > Hadisə > Bakıda “Toyota Prius” evə çırpıldı - FOTO

Bakıda “Toyota Prius” evə çırpıldı - FOTO


13-03-2023, 17:47. Разместил: admin
Bakıda “Toyota Prius” evə çırpıldı - FOTO
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, hadisə Tbilisi prospektində qeydə alınıb.

“Toyota Prius” markalı taksinin əyləci işləmədiyindən yoldan çıxaraq piyada səkisinə girib. Maşın səkidəki ağacla evin arasında ilişib qalıb.

Nəticədə taksidə olan qadın sərnişin yüngül yaralanıb, sürücünün isə ayaqları zədələnib. Evi zədələnən xanım bildirib ki, zərbə o qədər güclü olub ki, evində partlayış baş verdiyini düşünərək özünü çölə atıb.

Sürücü deyib ki, əgər maşını səkiyə çəkməsəydi sərnişin avtobusuna çırpılacaqdı.



Вернуться назад