Главная > Hadisə / Manset > Ukraynada həyəcan siqnalları verilib - VİDEO

Ukraynada həyəcan siqnalları verilib - VİDEO


28-02-2023, 18:25. Разместил: admin
Ukraynada həyəcan siqnalları verilib - VİDEO

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gecə, demək olar, bütün Ukraynada həyəcan siqnalları verilib.

“Təkcə Donetsk vilayətində Rusiya ordusu və separatçıların 60 hücumunun qarşısı alınıb. Xerson istiqamətində də hücumlar qeydə alınıb. Bu hücumların qarşısı alınarkən bir gecəyə 500 rusiyalı hərbçi məhv edilib”, - deyə jurnalist əlavə edib.

Qeyd edilib ki, son vaxtlar Ukraynanın Avropa sərhədlərinin Belarusdan hava hücumlarına məruz qalması xüsusi diqqət çəkib.


Вернуться назад