Главная > Hadisə > Bakıda tanışı tərəfindən döyülən qız xəstəxanalıq oldu
Bakıda tanışı tərəfindən döyülən qız xəstəxanalıq oldu24-02-2023, 15:14. Разместил: admin |
Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib. “Report”un məlumatına görə, 2001-ci il təvəllüdlü Abdullayeva Mədinə Səxavət qızı tanıdığı şəxs tərəfindən döyülərək xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol əlin sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır. Вернуться назад |