Главная > Hadisə > Kahramanmaraşın bir bölgəsində axtarış-xilasetmə işləri başa çatdırıldı
Kahramanmaraşın bir bölgəsində axtarış-xilasetmə işləri başa çatdırıldı23-02-2023, 21:04. Разместил: admin |
Kahramanmaraş şəhərinin Türkoğlu rayonunda axtarış-xilasetmə işləri başa çatıb. “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bu barədə Karaman valisi Tuncay Akkoyun Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə Kahramanmaraş şəhərində görüşü zamanı deyib. O bildirib ki, Türkoğlu rayonunda zəlzələ zamanı 152 bina dağılıb, 25 məscidə ziyan dəyib, 54 binada isə axtarış-xilasetmə işləri aparılıb. Vali qeyd edib ki, dağıntılar altından 113 nəfər sağ, 679 nəfərin isə meyiti çıxarılıb. T.Akkoyunun sözlərinə görə, təbii fəlakət nəticəsində 2 icra nümayəndəsi, 17 müəllim və 1 polis əməkdaşı həlak olub: “Hazırda zərərçəkmişlər çadır şəhərciklərinə yerləşdirilib, onlara lazımi yardımlar göstərilir”. Вернуться назад |