Главная > Hadisə / Manset > Türkiyədə baş verən yeni zəlzələdən sonra ölənlərin sayı altı nəfərə çatıb
Türkiyədə baş verən yeni zəlzələdən sonra ölənlərin sayı altı nəfərə çatıb21-02-2023, 08:43. Разместил: admin |
Türkiyənin Hatay vilayətində baş verən təkrar zəlzələ nəticəsində ölənlərin sayı altı nəfərə çatıb. Türkiyənin Səhiyyə Nazirliyinin son məlumatına görə, yeni yeraltı təkanlar nəticəsində 300-ə yaxın insan xəsarət alıb, 18 nəfərin vəziyyəti ağırdır. Hazırda axtarış-xilasetmə qrupları dağıntıların baş verdiyi ərazilərə cəlb ediliblər. Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 ballıq zəlzələ baş verib. Вернуться назад |