Главная > Hadisə / Manset > Xırdalanda dəhşətli qətl: 49 yaşlı qadın oğlu tərəfindən öldürülərək parçalara ayrıldı
Xırdalanda dəhşətli qətl: 49 yaşlı qadın oğlu tərəfindən öldürülərək parçalara ayrıldı19-02-2023, 09:29. Разместил: admin |
Xırdalan şəhərində qətl hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Xırdalan şəhərindəki Heydər Əliyev prospektində olub. Belə ki, Hüseynova Mehriban Sabir qızı oğlunun bıçaqlı hücumuna məruz qalıb. Oğlu M.Hüseynovaya əvvəlcə 21 bıçaq zərbəsi vurub. Daha sonra o, xüsusi amansızlıqla anasının bədən üzvlərini ayıraraq sellofan torbalara yığıb. Qadının meyiti hissələrə bölünmüş halda torbada evdə aşkar edilib. DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, fevralın 19- da saat 1 radələrində Abşeron rayonu Xırdalan şəhərində evlərin birində 1974-cü il təvəllüdlü Mehriban Hüseynzadənın xüsusi amansızlıqla öldürülməsi barədə polisə məlumat daxil olub. Araşdırmalarla cinayət əməlini qadının oğlu, 1998-ci il təvəllüdlü Orxan Hüseynzadə tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub. Polis əməkdaşları tərəfindən O.Hüseynzadə tutularaq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir. Вернуться назад |