Главная > Hadisə / Manset > Azərbaycanın xilasediciləri dağıntılar altından ana və azyaşlı qızının meyitini çıxarıb - YENİLƏNİB+VİDEO

Azərbaycanın xilasediciləri dağıntılar altından ana və azyaşlı qızının meyitini çıxarıb - YENİLƏNİB+VİDEO


10-02-2023, 20:46. Разместил: admin
Azərbaycanın xilasediciləri dağıntılar altından ana və azyaşlı qızının meyitini çıxarıb - YENİLƏNİB+VİDEO

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində gecə vaxtı axtarış-xilasetmə əməliyyatları zamanı ana və azyaşlı qızının meyitini çıxarıb.

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, Azərbaycan xilasediciləri tərəfindən şəhər ərazisində yerləşən Hayrullah binasının dağıntıları altında aşkarlanan gənc qadın və 2 yaşlı qızının meyiti çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Ehtimal edilir ki, həmin ərazidə digər şəxslərin də meyitləri var. Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.

Qeyd edək ki, indiyədək Azərbaycan xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 47 nəfəri sağ, 270-dən çox şəxsin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.



21:15

Azərbaycan xilasediciləri Türkiyənin Kahramanmaraş şəhərində gecə vaxtı axtarış-xilasetmə əməliyyatları keçirir.

Bu barədə "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir.

Belə ki, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını hazırda da davam etdirir.

Fevralın 10-da şəhər ərazisində FHN-in xilasediciləri qruplar şəklində güclü zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparır.

Hazırda Azərbaycanın xilasediciləri Kahramanmaraş şəhərinin müxtəlif yerlərində binaların dağıntıları altında qalmış insanların çıxarılması əməliyyatlarını həyata keçirirlər.

Eyni zamanda əməliyyatlara FHN-in xüsusi təlim keçmiş itləri də cəlb edilib.

Xatırladaq ki, Azərbaycanın xilasediciləri Kahramanmaraşda üç növbəli sistem şəklində axtarış-xilasetmə əməliyyatlarını həyat keçirir.

Qeyd edək ki, indiyədək Azərbaycan xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 47 nəfəri sağ, 270-dən çox şəxsin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Вернуться назад