Главная > Hadisə / Manset > Türkiyədə dəhşətli zəlzələdən sonra açıqlanan son rəqəmlər: Həlak olanların sayı artdı - YENİLƏNİB

Türkiyədə dəhşətli zəlzələdən sonra açıqlanan son rəqəmlər: Həlak olanların sayı artdı - YENİLƏNİB


9-02-2023, 10:16. Разместил: admin
Türkiyədə dəhşətli zəlzələdən sonra açıqlanan son rəqəmlər: Həlak olanların sayı artdı - YENİLƏNİB

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 12 873-ə çatıb.

Bu barədə AFAD-dan məlumat verilib.

Zəlzələ zamanı yaralananların sayı isə 62 937-ə yüksəlib.

09:03

Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7, Elbistan rayonunda 7,6 bal gücündə zəlzələdən sonra həlak olanların sayı 12 min nəfəri keçib.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda 12 391 nəfər həyatını itirib, 62 914 şəxs xəsarət alıb. Axtarış-xilasetmə işləri davam edir.

Xilasetmə işlərinə 110 571 nəfər, 5 557 müxtəlif texnika cəlb olunub.

İlk zəlzələlərin ardından 1 052 afterşok qeydə alınıb.
Вернуться назад