Главная > Hadisə / Manset > Azərbaycanın xilasediciləri dağıntılar altından 11 nəfəri sağ çıxarıb - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycanın xilasediciləri dağıntılar altından 11 nəfəri sağ çıxarıb - YENİLƏNİB + FOTO/VİDEO


7-02-2023, 21:20. Разместил: admin
Azərbaycanın xilasediciləri dağıntılar altından 11 nəfəri sağ çıxarıb - YENİLƏNİB + FOTO/VİDEO
Türkiyədə baş vermiş zəlzələdən iki gün ötür.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, təbii fəlakətlə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 əməkdaşı fevralın 7-də axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib.

Belə ki, Azərbaycanın xilasediciləri Kahramanmaraş şəhərində qruplar şəkilində axtarış işlərinə qoşulub. FHN əməkdaşları daha çox şəhərin Hayrullah məhləsi, Azərbaycan bulvarı küçəsindəki binaların dağıntılar altında qalmış insanların axtarış-xilasetmə işlərini həyata keçiriblər.

Hazırda da Azərbaycanın xilasediciləri dağıntıların dərinliklərinə, ən riskli yerlərə daxil olaraq orada qalmış insanların canlı və cansız bədənlərini çıxarırlar.

Eyni zamanda əməliyyatlara FHN-in xüsusi təlim keçmiş itləri də cəlb edilib. Onlar da dağıntılar altında qalmış şəxslərin tez bir zamanda aşkarlanmasında köməklik edirlər.

Gün ərzində FHN-in əməkdaşları dağıntılar altından 11 sağ insan, 20-yə yaxın isə meyit çıxararaq aidiyyəti üzrə təhvil verib.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.



20:14

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində bu gün 11 nəfəri sağ çıxarıb, daha 20-yə yaxın meyit dağıntılar altından çıxarılıb.

Bu barədə "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşına FHN-in Mətbuat Xidmətindən bildirib.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.









Вернуться назад