Главная > Hadisə / Manset > Bakıda ağır QƏZA: Ölən və yaralananlar var - FOTO

Bakıda ağır QƏZA: Ölən və yaralananlar var - FOTO


18-01-2023, 13:48. Разместил: admin
Bakıda ağır QƏZA: Ölən və yaralananlar var - FOTO
Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1986-ci il təvəllüdlü Orucov Firdovsi Teymur oğlunun idarə etdiyi “Opel” markalı avtomobillə KIA markalı maşın toqquşub.

İdarəetmədən çıxan “Opel” yol kənarında dayanan orta yaşlı kişini vurub.

Daha sonra F.Orucovun maşını “Nissan” markalı nəqliyyat vasitəsinə dəyərək dayanıb.

Qəza nəticəsində yol kənarında dayanan piyada hadisə yerində ölüb.

F.Orucov və KIA markalı avtomobilin sərnişini, 1991-ci il təvəllüdlü Bayramlı Məhəmməd Süleyman oğlu ağır bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.







Вернуться назад