Главная > Hadisə > Mingəçevirdə iki avtomobil toqquşdu: Ölən və yaralananlar var

Mingəçevirdə iki avtomobil toqquşdu: Ölən və yaralananlar var


15-01-2023, 16:26. Разместил: admin
Mingəçevirdə iki avtomobil toqquşdu: Ölən və yaralananlar var

Mingəçevirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, bugün axşam saat 18 radələrində Mingəçevir şəhəri Samux küçəsində Ülvi Hətəmovun idarə etdiyi “Mercedes” və Əhməd Əhmədovun idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü, eləcə də nəqliyyat vasitələrində olan iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

“QAZ-3110” markalı avtomobildəki sərnişinlərdən biri, 1983-cü il təvəllüdlü şəhər sakini Azər Manafov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад