Главная > Hadisə / Manset > Azərbaycan Ordusunun əsgəri vəfat etdi

Azərbaycan Ordusunun əsgəri vəfat etdi


13-01-2023, 20:39. Разместил: admin
Azərbaycan Ordusunun əsgəri vəfat etdi

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.

Müdafiə Nazirliyi APA-ya Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xankişiyev Mətin İsrəfil oğlunun vəfat etməsi barədə məlumatı təsdiq edib.

“Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xankişiyev Mətin İsrəfil oğlunun “tənəffüs yollarının mədə möhtəviyyatı ilə tutulması nəticəsində mexaniki asfiksiya səbəbindən” vəfat etməsi barədə məlumatı təsdiq edirik. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!”, - bildirilib.
Вернуться назад