Главная > Hadisə > Bakıda gənc oğlan dəm qazından zəhərlənərək ölüb

Bakıda gənc oğlan dəm qazından zəhərlənərək ölüb


11-01-2023, 20:46. Разместил: admin
Bakıda gənc oğlan dəm qazından zəhərlənərək ölüb

Bakıda gənc oğlan dəm qazından zəhərlənərək ölüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə yanvarın 10-u saat 21:25 radələrində paytaxtın Sabunçu rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Hacıyev Nihad Səyavuş oğlu yaşadığı evin hamam otağında çimərkən dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Вернуться назад