Главная > Hadisə / Manset > Suriyadan Azərbaycana gətirilərək reabilitasiyadan keçən 16 nəfər qohumlarına təhvil verilib

Suriyadan Azərbaycana gətirilərək reabilitasiyadan keçən 16 nəfər qohumlarına təhvil verilib


6-01-2023, 17:41. Разместил: admin
Suriyadan Azərbaycana gətirilərək reabilitasiyadan keçən 16 nəfər qohumlarına təhvil verilib

Ötən ilin son aylarında Suriyadan repatriasiya olunaraq ölkəmizə qaytarılan daha 16 vətəndaşımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsində bir müddət sosial reabilitasiya xidməti ilə təmin edilərək qohumlarına təhvil veriliblər.

Nazirlikdən verilən məlumata görə, onlardan 3-ü qadın, 13-ü uşaqdır.

Qeyd olunub ki, növbəti mərhələdə Agentliyin sosial işçiləri və psixoloqu həmin şəxslərin yaşadıqları icmaya reinteqrasiyasına və sosial reabilitasiyasına dəstək üçün onların yerləşdirildikləri ailələrə səfərlər edib.

Hər bir repatriant ilə qiymətləndirmə aparılıb və fərdi müdaxilə planı əsasında onların sosial reabilitasiyası ilə yanaşı səhiyyə, təhsil, məşğulluq və digər zəruri xidmətlərlə təmin edilməsinə dəstək göstərilib.

Həmin ailələrin psixoloji vəziyyətinin monitorinqi prosesi də aparılır və bu proses bitdikdən sonra psixoloji yardıma ehtiyacı olan uşaqlar, ailə üzvləri ayrı-ayrılıqda konsultasiyaya cəlb ediləcəklər.

Ümumilikdə Sosial Xidmətlər Agentliyi hazırda 400-dən çox repatriantla sosial reabilitasiya işi aparır.
Вернуться назад