Главная > Hadisə / Manset > Bir müddət əvvəl sanatoriyasını satan şəxs özünü güllələyib öldürdü
Bir müddət əvvəl sanatoriyasını satan şəxs özünü güllələyib öldürdü4-01-2023, 14:43. Разместил: admin |
Naftalan sakini aldığı güllə yarasından dünyasını dəyişib. Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Naftalan Şəhər Polis Şöbəsinə şəhər sakini, 1959-cu il təvəllüdlü Firuz Qocayevin odlu silahdan atəş açılması nəticəsində ölməsi barədə məlumat daxil olub. Dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin ehtimallara görə, F.Qocayev ov tüfəngi ilə intihar edib. Fakla bağlı Naftalan Şəhər Prokurorluğunda araşdırmalar davam etdirilir. Qeyd edək ki, Firuz Qocayev Naftalan şəhərində yerləşən sanatoriyaların birinin sahibi olub və bir müddət əvvəl onu satıb. Вернуться назад |