Главная > Hadisə > Bakıda atasının maşınını qaçıran yeniyetmə onu aşırdı: Xəsarət alanlar var

Bakıda atasının maşınını qaçıran yeniyetmə onu aşırdı: Xəsarət alanlar var


21-12-2022, 09:58. Разместил: admin
Bakıda atasının maşınını qaçıran yeniyetmə onu aşırdı: Xəsarət alanlar var

Bakının Qaradağ rayonunda minik maşını aşıb.

APA xəbər verir ki, qəza “Qobu Park” ərazisində qeydə alınıb.

Belə ki, 17 yaşlı Əkbər Xəlilov idarə etdiyi KIA markalı maşında sükana nəzarəti itirib nəticədə nəqliyyat vasitəsi dərədən aşıb. Onun atasına məxsus avtomobili qaçırdığı bildirilir.

Avtomobilin aşması nəticəsində sürücünün qonşuluğunda yaşayan şəxs, 16 yaşlı Məzahir Bayramov da sərnişin qismində nəqliyyat vasitəsində olub. Hər iki şəxs xəsarət alıb.

Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar hazırda araşdırma aparılır.
Вернуться назад