Главная > Hadisə > Bakı-Quba yolunda baş verən dəhşətli qəzada ölənlərin yaxınları DANIŞDI - YENİLƏNİB + VİDEO

Bakı-Quba yolunda baş verən dəhşətli qəzada ölənlərin yaxınları DANIŞDI - YENİLƏNİB + VİDEO


15-12-2022, 20:20. Разместил: admin
Bakı-Quba yolunda baş verən dəhşətli qəzada ölənlərin yaxınları hadisənin təfərrüatı barədə danışıblar.

Ölən şəxslərdən birinin yaxını Müqəddir Musayev bildirib ki, qəza zamanı TIR, mikroavtobusun üzərinə çıxıb:

“Sümüklərin kimə aid olduğunu ayırd etmək olmurdu”.

Bir digər ölən şəxsin yaxını Vəkil Musayev mikroavtobusun sürücüsünün avtomobili yolun kənarına çəkdiyini daha sonra qəzanın baş verdiyini bildirib:

“Eyni istiqamətdə hərəkətdə olan TIR mikroavtobusun üzərinə çıxıb. Yəqin ki, sürücü yuxulu olub”.

Daha ətraflı Baku TV-nin süjetində:



15:21

Bakı-Quba yolunda mikroavtobusla TIR-ın toqquşması nəticəsində dünyasını dəyişən şəxslərdən beşinin kimliyi məlum olub.

“Report”un Şimal bürosunun xəbərinə görə, qəzada ölən 5 nəfər aşağıdakılardır:

1. 1986-ci il təvəllüdlü Kamran Məmmədşah oğlu Məmmədov

2. Astara rayon sakini, 1982-ci il təvəllüdlü Elməddin Əhmədov

3. Yasamal rayon sakini İlqar Musayev

4. Qaradağ rayon sakini, 1979-cu il təvəllüdlü Alik Balakişiyev Yusif oğlu.

5. Qubadbəyliyev Nəsimi Əlimuxtar oğlu

Hadisə zamanı dünyasını dəyişən daha bir nəfərin də kimliyi dəqiqləşdirilir.

Ölənlərin meyitləri Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsində tibbi ekspertizadan keçirilir.

Bununla yanaşı, yol qəzasında xəsarət alan TIR sürücüsü 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlunun Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində müalicəsi davam etdirilir.
Вернуться назад