Главная > Hadisə > Cəlilabadda pay torpağına görə mübahisə davaya çevrildi: Xəsarət alanlar var
Cəlilabadda pay torpağına görə mübahisə davaya çevrildi: Xəsarət alanlar var15-12-2022, 21:23. Разместил: admin |
Cəlilabad rayonunda pay torpağı üstündə düşən mübahisə davaya səbəb olub. “Report”un məlumatına görə, hadisə Axtaxana kəndində baş verib. Belə ki, kənd sakini, V.Sadıqov pay torpağı üstündə yaranan mübahisə zamanı həmkəndlisi E.Məmmədovu döyərək ona xəsarət yetirib. E. Məmmədovun qardaşı isə yaranan mübahisə zəminində V.Sadıqovun qardaşı oğlu, 2005-ci il təvəllüdlü A.S-nı döyüb. Hər iki xəsarət alana xəstəxanada tibbi yardım göstərilib. Məsələ ilə bağlı sorğumuza DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hər iki faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Вернуться назад |