Главная > Hadisə / Manset > Kəlbəcərdə minaya düşən mülki şəxslərin və hərbçilərin adları məlum olub - SİYAHI

Kəlbəcərdə minaya düşən mülki şəxslərin və hərbçilərin adları məlum olub - SİYAHI


15-12-2022, 15:50. Разместил: admin
Kəlbəcər rayonunun Çıraq kənd ərazisində ermənilərin basdırdığı minanın partlaması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə zamanı mülki şəxslər - Qusar rayon sakinləri - 1969-cu il təvəllüdlü Pənahov Rodik Şəmsəddin oğlu, 1996-cı il təvəllüdlü Əliyarov Sadir Heydər oğlu, 1970-ci il təvəllüdlü Balakişiyev Tofiq Hacımirzə oğlu və Hacıqabul rayon sakini, 1975-ci il təvəllüdlü Allahverdiyev Siyasət Ziyadxan oğlu yaralanıb.

Qəlpə yarası alan həmin şəxslər xəstəxanaya yerləşdiriliblər, müalicələri davam etdirilir. Həkimlər onların vəziyyətlərini orta-ağır kimi qiymətləndirir.

Mina partlayışında xəsarət alan mülki şəxslər ərazidə telekommunikasiya işləri ilə məşğul olurlarmış.

Hadisə zamanı Azərbaycan Ordusunun üç hərbçisi yaralanıb. Bunlar Biləsuvar rayon sakini, 2004-cü il təvəllüdlü İbişli Qabil Ədalət oğlu, Goranboy rayon sakini, 2001-ci il təvəllüdlü Axundov Rıza Yusif oğlu və Yevlax rayon sakini, 2000-ci il təvəllüdlü Şirinov Murad İsa oğludur. Hərbi qulluqçular hospitala yerləşdiriliblər.

Qeyd edək ki, dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı piyada əleyhinə minaya düşüb.

Təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə nəticəsində Azərbaycan Ordusunun giziri, 1984-cü il təvəllüdlü Hümbətov Zöhrab Məmməd oğlu şəhid olub.
Вернуться назад