Главная > Hadisə / Manset > DSX-nin hərbçisi qəflətən vəfat etdi
DSX-nin hərbçisi qəflətən vəfat etdi14-12-2022, 16:47. Разместил: admin |
Dekabr ayının 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ələkbərli Miran Qamət oğlu xidmətdən qayıtdıqdan sonra istirahət edərkən səhhəti qəfil pisləşib. Bununla bağlı DSX məlumat yayıb. Bildirilib ki, hərbi qulluqçuya intensiv tibbi yardım göstərilərək, dərhal Zəngilan rayon Ağalı kənd xəstəxanasına çatdırılıb. Həkimlərin ciddi səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin rəyə əsasən hərbi qulluqçunun ürəktutmasından vəfat etdiyi ehtimal olunur. Hazırda əsgər Miran Ələkbərlinin ölüm səbəbinin müəyyən edilməsi üzrə müvafiq tibbi ekspertizalar təyin edilibr. Faktla bağlı prokurorluq orqanları ilə birgə araşdırma işləri aparılır. Вернуться назад |