Главная > Hadisə > Abşeronda bir yaşlı körpə ikinci mərtəbədən yıxılıb
Abşeronda bir yaşlı körpə ikinci mərtəbədən yıxılıb13-12-2022, 12:53. Разместил: admin |
Abşeron rayonunda 1 yaşlı körpə ikinci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıb. “Report” xəbər verir ki, hadisə Ceyranbatan qəsəbəsində qeydə alınıb. 2021-ci il təvəllüdlü S.Osmanov yaşadığı binanın ikinci mərtəbəsindən yıxılıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və alın sümüyünün sınığı diaqnozu qoyulub. Вернуться назад |