Главная > Hadisə / Manset > Baş Prokurorluq və DİN Gəncədəki kütləvi dava ilə bağlı birgə məlumat yayıb - YENİLƏNİB
Baş Prokurorluq və DİN Gəncədəki kütləvi dava ilə bağlı birgə məlumat yayıb - YENİLƏNİB11-12-2022, 22:36. Разместил: admin |
Dekabrın 11-i saat saat 20 radələrində Gəncə şəhərində 1980-ci il təvəllüdlü Əli Bayramovun qəsdən öldürülməsi barədə məlumat daxil olub. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda qeyd olunub. Bildirilib ki, aparılmış araşdırmalarla 4 nəfər arasında baş vermiş mübahisə zamanı Əli Bayramov və onun 2000-ci il təvəllüdlü oğlu Ayxanın tanışları 1994-cü il təvəllüdlü Niyazi Bayramov və sonuncunun qardaşı 1986-cı il təvəllüdlü Kamal Bayramova bıçaq xəsarətləri yetirməsinə, K.Bayramovun isə buna cavab olaraq odlu silahdan atəş açaraq Əli Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Niyazi və Kamal xəstəxanaya yerləşdirilib, stasionar şəkildə müalicəsi davam etdirilir. Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam edir. 21:47 Gəncədə kütləvi dava zamanı ölən və yaralananların şəxsiyyəti məlum olub. "Report"un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində kütləvi dava zamanı "5 açılan" silahdan açılan atəş nəticəsində 1980-ci il təvəllüdlü Məmmədov Əli ölüb. Daha iki nəfər - Bayramov Kamal (1986) və Niyazi Bayramov (1994) bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. Hadisənin tərəflər arasında olan borc pul üstdə baş verdiyi deyilir. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. 21:40 Gəncə şəhərində kütləvi dava olub. "Report"un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində baş vermiş hadisə yerinə polis əməkdaşları cəlb olunub. Olay nəticəsində bir nəfər "Vinçester" silahı ilə güllələnərək öldürülüb, 2 nəfər isə bıçaqlanıb. Hadisənin təfərrüatları hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır. Вернуться назад |