Главная > Hadisə / Manset > Kürdəmirdə ağır qəza: Ölənlər və yaralananlar var - FOTO

Kürdəmirdə ağır qəza: Ölənlər və yaralananlar var - FOTO


6-12-2022, 11:27. Разместил: admin
Kürdəmir rayonunun Qarasaqqal kəndində ağır avtomobil qəzası baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Yenikənd kənd sakini 1993-cü il təvəllüdlü Qubadov Abdulla Təvəkkül oğlu KİA markalı avtomobillə kənd istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb. Sürücü hadisə yerində ölüb. Avtomobildə olan 3 sərnişin - rayonun Xırdapay kənd sakinləri 1988-ci il təvəllüdlü Daşdıyev Ramal Durhəsən oğlu, 1992-ci il təvəllüdlü Manafov Mayıl Habil oğlu və Atakişili kənd sakini 1992-ci il təvəllüdlü Nəbiyev Elmin Fərhad oğlu təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, sərnişinlərdən biri - 34 yaşlı Daşdıyev Ramal Durhəsən oğlu xəstəxanada dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.






Вернуться назад