Главная > Hadisə > Qəbələdə bir nəfər dağlıq-meşəlik ərazidə itkin düşüb

Qəbələdə bir nəfər dağlıq-meşəlik ərazidə itkin düşüb


3-12-2022, 16:37. Разместил: admin
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə 30 noyabr 2022-ci il tarixində Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə naməlum şəraitdə itkin düşmüş 1 nəfərin axtarışlarının aparılması üçün müraciət daxil olub.

Bununla bağlı FHN-dən məlumat verilib.

Müraciətlə əlaqədar FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarışlara cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.
Вернуться назад