Главная > Hadisə / Manset > Bakıda yeniyetmə qızın hamilə olduğu məlum oldu
Bakıda yeniyetmə qızın hamilə olduğu məlum oldu2-12-2022, 12:38. Разместил: admin |
Bakıda xəstəxanaya müraciət edən 15 yaşlı qızın hamilə olduğu müəyyən edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Sabunçu Tibb Mərkəzində (keçmiş 3 saylı şəhər xəstəxanası) baş verib. Xəstəxanaya müraciət edən Sabirabad rayon sakini Əminə Salayevanın (şərti ad) 14 həftəlik hamilə olması üzə çıxıb. Faktla bağlı ərazi üzrə 30-cu Polis Bölməsinə məlumat verilib. Hazırda araşdırmalar aparılır. Qeyd edək ki, qanunvericiliyə görə, yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq cinayət əməli hesab edilir. Вернуться назад |