Главная > Hadisə > Bakıda sürücü qarşısına çıxan heyvana siqnal verdiyi üçün sərnişini ilə birlikdə küt alətlə döyüldü

Bakıda sürücü qarşısına çıxan heyvana siqnal verdiyi üçün sərnişini ilə birlikdə küt alətlə döyüldü


4-08-2020, 08:27. Разместил: azadses
Bakının Xəzər rayonunda iki nəfər döyülüb.
APA xəbər verir ki, hadisə Albalılıq qəsəbəsində baş verib.
Belə ki, 2002-ci il təvəllüdlü Mirzəyev Əziz Şaiq oğlu idarə etdiyi avtomobillə küçədə qarşısına çıxan iribuynuzlu heyvana səs siqnalı verib.
Bundan hiddətlənən heyvan sahibi sürücü Ə.Mirzəyevi və onun avtomobildə olan qardaşı, 1999-cu il təvəllüdlü Mirzəyev Mahmud Şaiq oğlunu döyüb, onlara küt alətlə zərbə endirib.
Yaralılar 3 nömrəli Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Вернуться назад