Главная > Hadisə > Başından xəsarət almış 41 yaşlı kişi xəstəxanada öldü
Başından xəsarət almış 41 yaşlı kişi xəstəxanada öldü17-11-2022, 14:49. Разместил: admin |
Başından xəsarət almış 41 yaşlı kişi xəstəxanada ölüb. “Report”un əldə etdiyi məlumata görə, hadisə noyabrın 5-də Qax rayonu ərazisində qeydə alınıb. Belə ki, rayon sakini, 1981-ci il təvəllüdlü, epilepsiya xəstəsi olmuş K.Feyzullayevin halı pisləşərək yerə yıxılıb. Kəllə-beyin travması alan 41 yaşlı şəxs Bakı şəhərində yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. Lakin K.Feyzullayev noyabrın 15-də orada vəfat edib. Araşdırma aparılır. Вернуться назад |