Главная > Hadisə > Bakıda yeni doğulmuş körpənin ölümü ilə bağlı cinayət işi başlandı
Bakıda yeni doğulmuş körpənin ölümü ilə bağlı cinayət işi başlandı15-11-2022, 19:20. Разместил: admin |
Bakıda yeni doğulmuş körpənin ölümü ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Yasamal Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, bu il iyulun 26-da “Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu” Publik Hüquqi Şəxsin doğum şöbəsində anadan olmuş uşağın ölməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılıb. Araşdırmalarla müəyyən edilib ki, qeyd olunan xəstəxananın həkimləri tərəfindən tibbi yardım göstərilsə də, yenidoğulmuşun vəziyyətinin ağırlaşmasına səbəb olan infeksion yoluxma baş verib və nəticədə uşaq ölüb. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir. Вернуться назад |