Главная > Hadisə / Manset > Bakıda keçmiş arvadını və daha bir nəfəri güllələyən şəxs tutulub
Bakıda keçmiş arvadını və daha bir nəfəri güllələyən şəxs tutulub13-11-2022, 17:08. Разместил: admin |
![]() Bu barədə Suraxanı rayon prokurorluğu məlumat yayıb. Aparılmış araşdırmalarla 1955-ci il təvəllüdlü Eldar Dadaşovun şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı keçmiş arvadı 1958-ci il təvəllüdlü Nazilə Pirimova və oğlu 1988-ci il təvəllüdlü Ağaəli Dadaşova ov tüfəngi ilə atəş açaraq onları qəsdən öldürmələrinə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Eldar Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir. Вернуться назад |